Anna Akopyan TƏHDİD OLUNDU: Baş Prokurorluq HƏRƏKƏTƏ KEÇDİ – VİDEObackend

Anna Akopyan TƏHDİD OLUNDU: Baş Prokurorluq HƏRƏKƏTƏ KEÇDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş prokurorluğu Anna Akopyanın hədələnməsi ilə bağlı araşdırmaya başlayıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Ermənistan Baş Prokurorluğu ölkənin Baş nazirinin həyat yoldaşı Anna Akopyanın sosial şəbəkələrdə hədələnməsi ilə bağlı rəsmi araşdırmalara başlayıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Akopyan ailədaxili və qadınlara qarşı zorakılıq mövzusunu ictimai şəkildə gündəmə gətirdikdən sonra sosial şəbəkələrdə ünvanına çoxsaylı hədə-qorxu dolu mesajlar aldığını bildirib.

Baş Prokurorluq birinci xanımın həmin müraciətlərini və şəxsi paylaşımlarını nəzarətə götürərək müvafiq hüquqi prosedur başladıb.

Anna Akopyan dövlət təhlükəsizlik orqanlarının bu hədələrin reallaşmasına imkan verməyəcəyinə ümid etdiyini vurğulayıb.

O, həmçinin erməni qadınlarını psixoloji, fiziki, maliyyə və cinsi zorakılıq halları barədə açıq şəkildə danışmağa, hüquqlarını tələb etməyə və susmamağa çağırıb.

Xuraman Etibarlı

İnterpress.аz