Lövbər zənciri ilə gəmiyə dırmaşan “pirat” SAXLANILDI – VİDEObackend

Lövbər zənciri ilə gəmiyə dırmaşan “pirat” SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladivostokda sərxoş “pirat” lövbər zənciri ilə gəmiyə soxularaq heyəti təşvişə salıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Vladivostok şəhərində qeyri-adi və heyəti təşvişə salan hadisə baş verib. Səhər tezdən gəminin heyət üzvləri göyərtədə naməlum və çağırılmamış qonaq aşkarlayıblar.

Araşdırmalar zamanı məlum olub ki, dənizdə əylənən sərxoş balıqçıların qayığında yanacaq bitib və işıqlandırma sistemi tamamilə söndüyündən qayıq radarlara görünməz olub.

Dəstənin ən cəsarətli üzvü isə kömək çağırmaq üçün yaxınlıqdakı böyük gəminin lövbər zəncirinə dırmaşaraq göyərtəyə sızmaq qərarına gəlib.

Göyərtədə sərxoş vəziyyətdə aşkarlanan həmin şəxs heyət tərəfindən dərhal saxlanılaraq gələn polis əməkdaşlarına təhvil verilib.

Hazırda asayiş keşikçiləri qanunsuz olaraq gəmiyə minən həmin şəxsin ifadəsini alırlar.

Xuraman Etibarlı

İnterpress.аz