Qranit zavodunda qorxulu QƏZA: Başından ağır zərbə alan fəhlə İFLİC OLA BİLƏR – VİDEObackend

Qranit zavodunda qorxulu QƏZA: Başından ağır zərbə alan fəhlə İFLİC OLA BİLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda qranit zavodundakı dəhşətli qəza zamanı fəhlə ağır yaralanıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Hindistan KİV məlumat yayıb.

Hindistanın Andhra-Pradeş ştatının Çimakurti dairəsində yerləşən qranit emalı zavodunda ağır və sarsıdıcı istehsalat qəzası baş verib.

Boşaldılma və yükləmə işləri zamanı baş verən bədbəxt hadisə nəticəsində zavodun əməkdaşı Arcunlal başından kəskin zədə alaraq ağır yaralanıb.

Yaralı fəhlə ötən bazar ertəsi kəllə-beyin nahiyəsindən təcili olaraq mürəkkəb cərrahiyyə əməliyyatı keçirib və hazırda xəstəxanada müalicəsini davam etdirir.

Həkimlərin rəyinə görə, o, sağ qalacaq, lakin gələcəkdə hansı fiziki və neyroloji vəziyyətdə olacağı hələlik ciddi sual altındadır.

Hadisə ilə bağlı qorxulu kadrlar sosial şəbəkələrin Hindistan seqmentində geniş yayılaraq böyük rezonans doğurub.

Faktla bağlı zavod rəhbərliyi tərəfindən daxili yoxlamalara başlanılıb və ərazidə istehsalat təhlükəsizliyi qaydalarının pozulması halları araşdırılır.

Xuraman Etibarlı

İnterpress.аz