Məşhur müğənni səhhəti ilə bağlı karyerasını müvəqqəti DAYANDIRDI – FOTObackend

Məşhur müğənni səhhəti ilə bağlı karyerasını müvəqqəti DAYANDIRDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur müğənni Ariana Qrande səhhəti ilə bağlı şayiələr fonunda ictimai fəaliyyətini dayandırır.

İnterpress.аz xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.

Dünyaca məşhur amerikalı müğənni Ariana Qrande səhhəti ətrafında son günlər daha da kəskinləşən şayiələr və müzakirələr fonunda özünün ictimai fəaliyyətinə müvəqqəti fasilə vermək qərarına gəlib. Bu barədə məlumatı ifaçının rəsmi nümayəndəsi təsdiqləyib.

Qrande ilə bağlı səhhət müzakirələri uzun illərdir davam etsə də, iyulun 31-də onun eyniadlı yeni albomundan olan “Petal” mahnısına çəkilmiş klipinin təqdimatından sonra ictimaiyyətin və pərəstişkarlarının diqqəti ulduzun səhhətinə kəskin şəkildə yönəlib.

Müğənninin nümayəndəsi onun bir müddət mətbuatdan, kütləvi tədbirlərdən və böyük yaradıcılıq layihələrindən uzaq duraraq öz sağlamlığına xüsusi vaxt ayıracağını bildirib.

Səfərlərin və kütləvi çıxışların müvəqqəti olaraq təxirə salındığı qeyd olunur.

 

Xuraman Etibarlı

İnterpress.аz