Rumıniya hərbçiləri Dunay çayında suyun axınını artırmaq üçün qayanın bir hissəsini partladıblar.
İnterpress.аz xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Rumıniya hərbçiləri Dunay çayında suyun axınını və səviyyəsini artırmaq məqsədilə çay yatağındakı qayanın bir hissəsini xüsusi partlayıcılarla dağıdıblar. Bu qeyri-adi hərbi müdaxilə barədə rəsmi məlumat yayılıb.
Partlayışın məqsədi Çernavoda Atom Elektrik Stansiyasına su təchizatını qorumaq və reaktorun sönməsinin qarşısını almaq iolub.
Mütəxəssislər çayda suyun səviyyəsinin azalmasının AES-in təhlükəsizliyi üçün böyük risk yaratdığını, bu səbəbdən hərbçilərin su axınını tənzimləmək məqsədilə təcili olaraq bu addımı atmaq məcburiyyətində qaldıqlarını bildiriblər.
Xuraman Etibarlı
İnterpress.аz






