“iPhone” Rusiyada qadağan edə bilər.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Federal Antiinhisar Xidməti (FAX) “Apple” şirkətinə qarşı rəsmi iş qaldırıb.
Bu hüquqi addımın ölkədə məşhur “iPhone” smartfonlarının satışının tamamilə qadağan edilməsi ilə nəticələnə biləcəyi ehtimal olunur.
Məlumata görə, araşdırmanın başlanmasına səbəb ABŞ korporasiyasının Rusiyanın “MAX” messencerinin və yerli proqram mağazasının “iOS” əməliyyat sistemli cihazlara əvvəlcədən məcburi quraşdırılması ilə bağlı edilən rəsmi xəbərdarlıqlara əməl etməməsi olub.
“Apple” şirkətinin rəsmi tələbləri yerinə yetirməkdən imtina etməsi Rusiyanın antiinhisar qanunvericiliyinin kobud şəkildə pozulması kimi qiymətləndirilib.
Şərtlərə əməl olunmayacağı təqdirdə “Apple” məhsullarının ölkəyə idxalının rəsmən dayandırılması nəzərdən keçirilir.
Xuraman Etibarlı
İnterpress.аz






