Ukraynalılar Polşanı kütləvi şəkildə TƏRK EDİR – İyunda 6 mindən çox çıxış QEYDƏ ALINIBbackend

Ukraynalılar Polşanı kütləvi şəkildə TƏRK EDİR – İyunda 6 mindən çox çıxış QEYDƏ ALINIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşadan minlərlə ukraynalı gedir.

İnterpress.az xəbər verir ki, bu barədə “Eurostat” məlumat yayıb.

Polşanı tərk edən ukraynalıların sayında artım müşahidə olunur və iyun ayında ölkədən 6 mindən çox ukraynalının getdiyi bildirilir.

Məlumata görə, bu göstərici Polşanı Avropa İttifaqı ölkələri arasında ukraynalıların ölkəni tərk etməsi baxımından önə çıxarıb.

Bununla yanaşı, Polşa Ukraynadan müharibədən qaçan və müvəqqəti müdafiə statusu alan şəxslərin sayına görə Aİ-də əsas qəbul edən ölkələrdən biri olaraq qalır.

2026-cı ilin aprel ayının sonunda Polşada təxminən 971 min ukraynalı müvəqqəti müdafiə altında olub.

Xuraman Etibarlı

İnterpress.az