Kəlbəcərdə mina partlayıb, 73 yaşlı şəxsin ayağı amputasiya olunubbackend

Kəlbəcərdə mina partlayıb, 73 yaşlı şəxsin ayağı amputasiya olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində baş verən partlayış səbəbilə avqustun 14-də saat 03:30 radələrində 1953-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

“Sağ topuq nahiyəsinin amputasiyası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır”, məlumatda deyilir.