Polşa kəşfiyyatına casusluqda təqsirli bilinən rusiyalı 23 il müddətinə HƏBS EDİLDİ – VİDEObackend

Polşa kəşfiyyatına casusluqda təqsirli bilinən rusiyalı 23 il müddətinə HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya vətəndaşı Polşa kəşfiyyatı üçün casusluqda ittiham edilərək 23 il həbs cəzasına məhkum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Moskva Şəhər Məhkəməsi Polşanın kəşfiyyatının xeyrinə casusluq etməkdə təqsirləndirilən Rusiya vətəndaşını Georgi Pirogov 23 il müddətinə azadlıqdan məhrum edib.

FSB-nin məlumatına görə, məhkum Polşaya perspektivli silah nümunələri, eləcə də Rusiyanın “xüsusi hərbi əməliyyat” zamanı istifadə etdiyi raket kompleksləri barədə məlumatlar ötürüb.

İstintaqın müəyyən etdiyi məlumata əsasən, həmin şəxs Rusiya hərbi sənayesinə və silah sistemlərinə dair məxfi məlumatları Polşanın kəşfiyyat xidmətinə çatdırıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 23 il müddətinə koloniyada cəza çəkməli olacaq.

Xuraman Etibarlı

İnterpress.az