Dalğıc La-Manş boğazının dibində 162 yaşlı Guinness Extra Stout butulkasını tapıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Dalğıc La-Manşın dibində təxminən 162 il yaşı olan “Guinness Extra Stout” pivəsinin şüşəsini aşkar edib.
Şüşə 1864-cü ildə batan Britaniyanın “Mindoro” yelkənli gəmisinin tədqiqi zamanı tapılıb.
Mütəxəssislərin fikrincə, pivə Viktoriya dövründən bəri dənizin dibində qalıb.
Hazırda şüşə dalğıcın əlindədir, pivədən götürülmüş nümunələr isə araşdırılması üçün alimlərə göndərilib.
Analiz nəticəsində içkinin təhlükəsiz olduğu müəyyənləşdirilərsə, dalğıc qədim pivənin dadına baxmaq niyyətindədir.
Alimlər həmçinin şüşədəki köhnə mayaları araşdırmağı və XIX əsrdə istehsal olunan “Guinness” pivəsini yenidən hazırlamağa çalışmağı planlaşdırırlar.
Layihə “Jurassic Beer” – “Yura dövrünün pivəsi” adlandırılıb.
Xuraman Etibarlı
İnterpress.az






