Netanyahunun zəif reytinqləri Trampın dəstəyini şübhə altına salır.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp İsraildə keçiriləcək seçkilər ərəfəsində Baş nazir Benyamin Netanyahunu hələlik açıq şəkildə dəstəkləməkdən çəkinir.
Məlumata görə, təxminən iki həftə əvvəl Netanyahuyla görüşən Tramp onun ictimai rəy sorğularındakı mövqeyi ilə maraqlanıb.
Baş nazir suala cavab verməkdə tərəddüd edib və daha sonra onun müşavirlərindən biri söhbətə müdaxilə edib.
ABŞ-nin keçmiş yüksək vəzifəli məmurunun sözlərinə görə, Netanyahunun aşağı reytinqi Ağ Evin İsrail hökumətinin başçısına gələcəkdə açıq dəstək verib-verməyəcəyinə hələ qərar verməməsinin səbəblərindən biridir.
Bununla belə, Tramp Netanyahuyla yaxın münasibətlərini davam etdirir. Lakin ABŞ Prezidenti seçkilər ərəfəsində İsrailin baş nazirinə açıq şəkildə dəstək verməyə hələ tələsmir.
Xuraman Etibarlı
İnterpress.az






