Bundesverin Litvada briqada yerləşdirməsi üçün 2 min hərbçi ÇATIŞMIRbackend

Bundesverin Litvada briqada yerləşdirməsi üçün 2 min hərbçi ÇATIŞMIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bundesverin Litvada alman briqadası yerləşdirmək üçün iki min əsgəri çatışmır.

İnterpress.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.

Almaniya Bundesverinin Soyuq müharibədən sonra həyata keçirdiyi əsas hərbi layihələrdən biri şəxsi heyət çatışmazlığı ilə üzləşib.

Məlumata görə, Almaniyanın Litvada briqadanı daimi yerləşdirməsi üçün 2027-ci ilin sonunadək 4 800 hərbçi tələb olunur. Hazırda isə ştat vahidlərinin yalnız təxminən 60 faizi komplektləşdirilib və təqribən 2 min hərbçi çatışmır.

Almaniya Müdafiə Nazirliyi BILD-ə bildirib ki, hazırda Litvada yerləşdirilən bölmələr şəxsi heyətlə 92 faiz təmin olunub. Lakin briqadanın əsas hissəsi, o cümlədən tank batalyonu və motoatıcı batalyon yalnız 2027-ci ildə Almaniyadan Litvaya göndərilməlidir. Əsas kadr çatışmazlığı da məhz həmin bölmələrdə müşahidə olunur.

Almaniyanın müdafiə naziri Boris Pistorius daha əvvəl bu tapşırığın yerinə yetirilməsi üçün hərbçilərin məcburi cəlb olunması imkanını nəzərdən keçirə biləcəklərini bildirmişdi.

Məlumata görə, aparılan məlumatlandırma kampaniyalarına, Litvaya səfərlərə və könüllülərin cəlb edilməsi istiqamətində digər tədbirlərə baxmayaraq, NATO-nun şərq cinahında xidmət etmək istəyənlərin sayı hələ də kifayət etmir.

Hərbçilərin ailələri ilə birlikdə Litvaya köçməyə hazırlaşması üçün vaxt tələb olunduğundan, məcburi cəlbetmə ilə bağlı qərarın ilin sonunadək qəbul edilməsi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az