Ərəbdilli sosial şəbəkələrdə Seutaya basqın ilə AB-yə mühacirət etmək üçün yeni çağırışlar ortaya çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuat məlumat yayıb.
Ərəbdilli sosial şəbəkələrdə İspaniyanın Şimali Afrikadakı Seuta anklavına kütləvi şəkildə keçməyə çağırışlar yayılıb.
İspaniya təhlükəsizlik qüvvələri iyul hadisələrinin təkrarlanmasını az ehtimal etsələr də, Seutaya diqqətin başqa ərazidə, o cümlədən qonşu Melilya anklavında hücum hazırlığı üçün istifadə edilə biləcəyini istisna etmirlər.
İspan polisi təhlükəsizlik tədbirlərini gücləndirib. Hazırda Seutada təxminən 900 polis əməkdaşı xidmət aparır ki, bu da əvvəlki kütləvi keçiddən əvvəlki göstəricidən təxminən üç dəfə çoxdur.
Mərakeş də sərhədin mühafizəsini gücləndirib.
İspaniya mediasının məlumatına görə, ərəbdilli sosial şəbəkələrdə avqustun 15-də sərhədi keçməyə çağıran paylaşımlar yayılır.
İstifadəçilər mümkün marşrutları və sərhəd qurğularının zəif nöqtələrini müzakirə edirlər.
Lakin ekspertlər konkret tarix və məkanın göstərilməsinin dezinformasiya kampaniyasının bir hissəsi ola biləcəyinə diqqət çəkirlər.
Miqrasiya üzrə ekspert Martin Fider Seutanın “yem” kimi istifadə edildiyini düşünür.
Bununla belə, İspaniya anklavına hücuma çağırışları kimin yaydığı hələlik məlum deyil.
Xuraman Etibarlı
İnterpress.az






