Almatıda elektrik enerjisi KƏSİLDİ: Polis yolları əl ilə TƏNZİMLƏYİRbackend

Almatıda elektrik enerjisi KƏSİLDİ: Polis yolları əl ilə TƏNZİMLƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almatıda polis elektrik kəsintisinə görə nəqliyyatın hərəkətini əl ilə idarə edir.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Qazaxıstanın Almatı şəhərində baş verən genişmiqyaslı elektrik enerjisi kəsintisi səbəbindən şəhərdə nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.

Elektrik enerjisinin kəsilməsi nəticəsində svetoforların fəaliyyətinin dayanması ilə əlaqədar polis əməkdaşları yol hərəkətini əl ilə tənzimləməyə başlayıblar.

Həmçinin kanat yolunun kabinələrində insanların ilişib qalması barədə məlumatlar yayılıb.

Qazaxıstanın Energetika Nazirliyi daha əvvəl bildirib ki, elektrik enerjisinin kəsilməsinə Mərkəzi Asiyanın enerji sistemi tərəfindən elektrik enerjisi axınının kəskin dəyişməsi zamanı mühafizə avtomatikasının işə düşməsi səbəb olub.

Maraqlıdır ki, hadisə Almatıda məşhur amerikalı reper Kanye Uestin konsertinin keçirilməsinin planlaşdırıldığı gün baş verib.

Konsertin elektrik enerjisi ilə bağlı problemə görə necə təsirlənəcəyi barədə isə hələlik məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az