Başqırdıstanda saxta yol polisi əməkdaşı SAXLANILDI – VİDEObackend

Başqırdıstanda saxta yol polisi əməkdaşı SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başqırdıstanda 18 yaşlı saxta yol polisi əməkdaşı avtomobilləri saxlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Başqırdıstan Respublikasının Tuymazı şəhərində 18 yaşlı gənc yol polisi əməkdaşı qiyafəsində avtomobilləri saxlayıb.

Məlumata görə, gənc yol polisi formasına bənzər geyimdə olub, əlində dəyənək götürərək yoldan keçən minik avtomobillərini dayandırmağa başlayıb.

Onun bu “fəaliyyəti” hadisəni müşahidə edən şəxs tərəfindən lentə alınaraq sosial şəbəkələrdə yayımlanıb.

Hadisədən qısa müddət sonra əsl polis əməkdaşları gəncin kimliyini müəyyənləşdiriblər.

Özünü polis əməkdaşı kimi təqdim edən şəxsin barəsində protokol tərtib edilib.

Ondan polis əməkdaşına məxsus papaq, jilet və yol dəyənəyi götürülüb.

Xuraman Etibarlı

İnterpress.az