Küçə tualetini oğurlayan şəxsin 3 milyonluq maşını MÜSADİRƏ EDİLDİbackend

Küçə tualetini oğurlayan şəxsin 3 milyonluq maşını MÜSADİRƏ EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kaluqa vilayətində xizək yarışı zamanı küçə tualeti oğurlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Hadisə Kondrovo şəhərində baş verib. Mixail (adı dəyişdirilib) stadiona gələrək lüks tipli tualet kabinəsini öz “JAC” markalı avtomobilinin damında aparıb.

Məlum olub ki, tualet Dzerjinski bələdiyyə dairəsinin administrasiyasına məxsusdur.

Məhkəmənin qərarı ilə 16 min rubl (təxminən 300 manat) dəyərində olan tualeti oğurlamaq üçün istifadə edilən 3 milyon rubl (təxminən 57 min manat) dəyərindəki avtomobil cinayət aləti kimi dövlətin mülkiyyətinə verilib.

Xuraman Etibarlı

İnterpress.az