Moskva klinikasında autizmli uşaqlara zərər vurulması ilə bağlı axtarışlar aparılıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Moskva klinikasında autizmli uşaqların sağlamlığına zərər vurulması maddəsi üzrə qaldırılmış cinayət işi çərçivəsində axtarışlar həyata keçirilib.
KİV-də yayılan məlumatlara görə, 500-dən çox ailə məhkəməyə müraciət etmək niyyətindədir.
Klinikada real tibbi yardım göstərmək əvəzinə xəstələrə ozon damcıları, hormonal preparatlar, peptidlər, kök hüceyrələri və parazitlərdən təmizləmə prosedurları təyin edilib.
Müalicə kursunun dəyəri yüz minlərlə rubla çatsa da, uşaqların səhhəti daha da pisləşib.
Xuraman Etibarlı
İnterpress.az






