Partiyanın Rəyasət Heyətinin qərarı ilə təşkil edilən səfərdə məqsəd Müsavat Partiyasının rayon təşkilatını buraxaraq AXCP-yə keçən şəxslərlə görüşmək olub. Bu barədə məlumatı İnterpress.az-a Rafiq Daşdəmirli bildirib.
AXCP funksionerinin sözlərinə görə, rayonda olarkən Müsavat Partiyasının rayon təşkilatının sədr müavini olmuş Əsəd Məmmədli ilə görüşüb: “Hazırlatmaq üçün sənədləri verdim. Partiyanın Tovuz rayon şöbəsində strukturlara tapşırıq verildi ki, birgə Təşkilat Komitəsi yaradıb konfransa hazırlaşsınlar”.
Elnarə
İnterpress.az