Bir neçə ölkə vətəndaşlarına Ukraynaya səfərlə bağlı xəbərdarlığı SƏRTLƏŞDİRDİ – FOTObackend

Bir neçə ölkə vətəndaşlarına Ukraynaya səfərlə bağlı xəbərdarlığı SƏRTLƏŞDİRDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya və digər ölkələr vətəndaşlarına Ukraynaya getməməyi tövsiyə edib.

İnterpress.az xəbər verir ki, bu barədə Böyük Britaniya, Niderland, İtaliya və Almaniyanın yenilənmiş səyahət tövsiyələrində bildirilib.

Ölkələr Ukraynada Rusiya raket və dron hücumları, elektrik enerjisi, su və istilik təchizatında uzunmüddətli fasilələr, eləcə də səfirliklərin fövqəladə vəziyyətlərdə məhdud yardım imkanlarını əsas risklər kimi göstəriblər.

Böyük Britaniya Xarici İşlər Nazirliyi ölkənin demək olar ki, bütün regionlarına səfərləri təhlükəli hesab edir.

Qurum xəbərdarlığa zidd səfərin səyahət sığortasının ləğvinə səbəb ola biləcəyini bildirib.

Niderland səfirliyi isə çətin vəziyyətə düşən vətəndaşlarına yardım göstərmək imkanlarının məhdud ola biləcəyini qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az