“Rusich” qrupunun təsisçisinə verilən cəza DƏYİŞDİRİLDİbackend

“Rusich” qrupunun təsisçisinə verilən cəza DƏYİŞDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyada “Rusich” qrupunun təsisçilərindən Tordenin ömürlük həbs cəzası 12,5 ilə endirilib

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Finlandiyada “Rusich” DŞRQ-nun təsisçilərindən biri olan Torden ləqəbli Yan Petrovskiyə verilmiş ömürlük həbs cəzası 12,5 il müddətinə dəyişdirilib.

O, 2014-2015-ci illərdə Ukraynada hərbi cinayətlər törətməkdə təqsirli bilinmişdi.

Petrovski 2023-cü ilin iyulunda Ukraynanın sorğusu əsasında Finlandiyada saxlanılıb.

Məhkəmə araşdırması onun 2014-cü ildə “Rusich” və “Betmen” qruplarının döyüşçüləri ilə birlikdə hərbi kolona qarşı hücumda iştirak etməsi ilə bağlı olub.

Xuraman Etibarlı

İnterpress.az