Kiyevdə təxminən 800 ildən sonra Desyatinnaya kilsəsinin zəngi yenidən səslənib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Kiyevdə Ondalıq kilsəsinin (Desyatinnaya kilsəsi) qədim zənginin dəqiq surəti təqdim olunub və zəng təxminən 800 ildən sonra yenidən səsləndirilib.
Orijinal zəng 1240-cı ildə monqol istilası zamanı Ondalıq kilsəsinin dağıdılmasından sonra itib.
Zəngin bir hissəsi 1937-ci ildə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanıb. Onun səthinin təxminən 60 faizi qorunub, lakin zəng dili və bərkidici elementləri tapılmayıb.
Surətin hazırlanmasında Ukrayna, Niderland, Almaniya və Portuqaliyadan olan mütəxəssislər iştirak ediblər.
Zəng həm görünüşünə, həm də səsinə görə orijinala mümkün qədər yaxın hazırlanıb və Niderlanddakı Royal Eijsbouts tökmə zavodunda tökülüb.
Zəngi Kiyevdə sentyabrın 30-dək Ukrayna Milli Tarix Muzeyinin yaxınlığında görmək mümkündür.
Xuraman Etibarlı
İnterpress.az






