Vaaqn Çaxalyanın ev dustaqlığı inzibati nəzarətlə ƏVƏZLƏNDİbackend

Vaaqn Çaxalyanın ev dustaqlığı inzibati nəzarətlə ƏVƏZLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaaqn Çaxalyanın barəsində qətimkan tədbiri dəyişdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

İctimai-siyasi “Kamk” təşəbbüsünün təsisçisi Vaaqn Çaxalyanın barəsində tətbiq olunan qətimkan tədbiri dəyişdirilib.

Məhkəmənin sentyabrın 3-də keçirilən iclasında onun ev dustaqlığının inzibati nəzarətlə əvəzlənməsinə qərar verilib. Qərarı hakim Karen Fərhoyan qəbul edib.

Ev dustaqlığının müddəti sentyabrın 4-də başa çatırdı. Məhkəmə müddəti uzatmaq əvəzinə, Çaxalyana tətbiq edilən məhdudiyyətləri yüngülləşdirib.

Qeyd edək ki, Çaxalyan arxiyepiskop Baqrat Qalstanyan və daha 17 nəfərin ittiham olunduğu iş üzrə təqsirləndirilən şəxsdir.

Onlara terrorçuluq və hakimiyyəti qəsb etməyə hazırlıq ittihamları irəli sürülüb.

Xuraman Etibarlı

İnterpress.az