İlk qatlanan iPhone-un qiyməti 2499 dollar OLACAQ – FOTO/VİDEObackend

İlk qatlanan iPhone-un qiyməti 2499 dollar OLACAQ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qatlanan iPhone-un qiyməti təqdimatdan əvvəl sızdırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Apple-ın ilk qatlanan iPhone modelinin 2499 dollara (təxminən 4248 manat) satışa çıxarılacağı iddia edilir.

1 TB yaddaşa malik versiyanın qiymətinin isə 3199 dollar (təxminən 5438 manat) olacağı bildirilir.

Məlumata görə, tarixdə ən bahalı iPhone modeli olacaq Ultra-nın qiyməti Avstraliyanın Vodafone operatorunun saytında səhvən vaxtından əvvəl yayımlanan ön sifariş səhifəsində görünüb.

Qurğunun açıldıqda iPad mini ölçüsünə yaxın ekran təqdim edəcəyi, qatlandıqda isə daha yığcam ölçüdə olacağı qeyd edilir.

Apple-ın yeni məhsullarının təqdimatının sentyabrın 9-da keçirilməsi planlaşdırılır.

Təqdimatdan sonra ilk qatlanan iPhone üçün ön sifarişlərin başlanacağı gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az