Moskvada ticarət mərkəzinin əməkdaşına bıçaqla hücum edilib
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, üç gənc rabitə salonuna daxil olaraq satıcılardan mobil operatorun hesabına pul köçürmələrini tələb edib. Tərəflər arasında başlayan mübahisə davaya çevrilib.
Dava zamanı iştirakçılardan biri bıçaq çıxararaq ticarət mərkəzinin əməkdaşına hücum edib və ona döş qəfəsi nahiyəsindən bir neçə zərbə endirib.
Xuraman Etibarlı
İnterpress.az






