“PS6” və yeni “Xbox” 2027-ci ilin noyabrında çıxa bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “Kepler_L2” insayderi məlumat yayıb.
“PlayStation 6” və “Microsoft”un “Helix” kod adlı yeni “Xbox” konsolunun artıq 2027-ci ilin noyabrında işıq üzü görəcəyi gözlənilir. Yeni nəsil konsolların texniki göstəricilərinə əsasən, “PS6” konsolu 40 teraflops gücündə qrafik çip alacaq ki, bu da “PS5” ilə müqayisədə təxminən 4 dəfə çoxdur və “RTX 5070 Ti” səviyyəsinə uyğundur. “Microsoft”un “Helix” modeli isə daha güclü olacaq: onun göstəricisi 56 teraflops təşkil edəcək.
“Sony” və “Microsoft” şirkətləri artıq çiplərin layihələndirilməsi mərhələsini başa vurublar və mikrosxemlərin kütləvi istehsalına başlayırlar.
Xuraman Etibarlı
İnterpress.az






