Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
İnterpress.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib:
II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi
Sənan İsa oğlu Paşayevə – Naxçıvan Muxtar Respublikasının prokuroru
III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi
Emin Ramiz oğlu Mürsəliyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini
Asəf Vaqif oğlu Sarıkişiyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini
“ədliyyə general-mayoru” ali hərbi rütbəsi
Nihad Ənvər oğlu Şıxəliyevə – Azərbaycan Respublikası Hərbi prokurorunun müavini.






