Süni intellekt gitaranı sərnişin hesab edib, sürücüyə CƏRİMƏ YAZDIbackend

Süni intellekt gitaranı sərnişin hesab edib, sürücüyə CƏRİMƏ YAZDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banqalorda süni intellekt kamerası gitaranı motosiklet sərnişini hesab edib cərimələyib

İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.

Hindistanın Banqalor şəhərində süni intellektlə işləyən yol kamerası motosikletdə daşınan gitaranı ikinci sərnişin hesab edib.

Sistem musiqi alətinin motosikletdə dəbilqəsiz getdiyini düşünərək sürücüyə yol hərəkəti qaydalarının pozulmasına görə cərimə yazıb.

Sürücü məsələ ilə bağlı polisə müraciət edib. Polis əməkdaşları hadisəni araşdıracaqlarını bildiriblər və nəticədə sürücünün bu səbəbdən hüquqi məsuliyyətə cəlb olunmayacağı açıqlanıb.

Məlumatda süni intellekt sistemlərinin yol hərəkətinin monitorinqində yanlış nəticələr verə bildiyi vurğulanıb.

Xuraman Etibarlı

İnterpress.az