Estoniyada Oleg Besedin dövlət əleyhinə fəaliyyətdə və sanksiyaların pozulmasında təqsirli bilinib.
İnterpress.az xəbər verir ki, bu barədə Estoniya Dövlət Prokurorluğu məlumat yayıb.
Harju dairə məhkəməsi rusiyapərəst fəal Oleg Besedini Estoniyanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş qeyri-zorakı fəaliyyətdə, həmçinin beynəlxalq sanksiyaları dəfələrlə pozmaqda təqsirli bilib.
Məhkəmə prokurorluqla əldə olunan razılaşmanı təsdiqləyib və Besedinə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.
Həmçinin onun 77 104,32 avro (təxminən 150 min manat) dəyərində əmlakının müsadirə edilməsi barədə qərar qəbul olunub.
Dövlət prokuroru Taavi Pern bildirib ki, istintaq zamanı Besedinin fəaliyyətinin cəzalandırıla biləcəyini bildiyini göstərən sübutlar toplanıb.
Xuraman Etibarlı
İnterpress.az






