Cənubi Koreyada qaynaq işləri üçün hörümçək robot hazırlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Diden Robotics” məlumat yayıb.
Cənubi Koreyanın Diden Robotics şirkəti qaynaq işləri üçün nəzərdə tutulmuş hörümçək formalı robot hazırlayıb.
Robot iş sahəsinə müstəqil şəkildə hərəkət edə, döşəmə, divar və tavanda hərəkət edə bilir.
Kompakt quruluşu sayəsində robot çətin əlçatan və hündür ərazilərdə işləyə bilir.
Qurğu 30 kiloqrama qədər yük daşıyır və artıq Cənubi Koreyanın gəmiqayırma müəssisələrində istifadə olunur.
Xuraman Etibarlı
İnterpress.az






