Uşaq bağçasında iki yaşlı qızın barmaqları SINDI – FOTOARbackend

Uşaq bağçasında iki yaşlı qızın barmaqları SINDI – FOTOAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tümen şəhərində bağçada iki yaşlı qızın barmaqları qapıda qalaraq sınıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Tümen şəhərində uşaq bağçasında iki yaşlı qızın barmaqları qapıda qalıb.

Uşaq xəstəxanaya yerləşdirilib və müayinə zamanı iki barmağında sınıq aşkarlanıb. Qıza narkoz altında əməliyyat olunub.

Ananın sözlərinə görə, hadisə zamanı qızının yanında nə tərbiyəçi, nə də dayə olub.

Qadın məsələ ilə bağlı 112 xidmətinə müraciət edib və prokurorluğa şikayət etməyi planlaşdırdığını bildirib.

Xuraman Etibarlı

İnterpress.az