Politoloqun saxlanılarkən döyüldüyü İDDİA OLUNURbackend

Politoloqun saxlanılarkən döyüldüyü İDDİA OLUNUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Politoloq Aleksandr Kınev saxlanılarkən döyülməsi iddiası ilə bağlı araşdırma aparılır.

İnterpress.az xəbər verir ki, bu barədə “Söz müdafiəyə” hüquq müdafiə layihəsi məlumat yayıb.

Politoloq Aleksandr Kınev saxlanıldıqdan sonra Moskvanın “Matrosskaya tişina” istintaq təcridxanasının xəstəxanasına yerləşdirilib.

Hüquq müdafiəçilərinin məlumatına görə, onun hər iki baldır sümüyündə sınıq aşkarlanıb və ayağı gipsə alınıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

“Söz müdafiəyə” layihəsi xəsarətlərin işgəncə nəticəsində yarandığını iddia edir. Moskva üzrə Federal Penitensiar Xidmətin Baş İdarəsi hadisə ilə bağlı yoxlama aparır.

Kınev narkotik vasitələrin külli miqdarda qanunsuz satışı cəhdində ittiham olunur və ittihamı qəbul etmir.

Xuraman Etibarlı

İnterpress.az