Pişik evə girən oğruların QARŞISINI KƏSDİbackend

Pişik evə girən oğruların QARŞISINI KƏSDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə pişik evə girən oğruların qarşısını alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İstanbulda ev sahibləri evdə olmadığı zaman iki qadın mənzilin qapısını açaraq içəri girməyə çalışıb. Lakin onların qarşısına evdə olan 8 yaşlı Mücize (Möcüzə) adlı pişik çıxıb.

Pişik təxminən 45 dəqiqə ərzində qadınlara hücum edərək pəncələri ilə onları içəri buraxmayıb. Nəticədə oğurluq etmək istəyən şəxslər geri çəkilməyə məcbur olublar.

Xuraman Etibarlı

İnterpress.az