CNN, MS NOW və Politico Ağ Evə girişlə bağlı yenidən məhkəməyə MÜRACİƏT ETDİbackend

CNN, MS NOW və Politico Ağ Evə girişlə bağlı yenidən məhkəməyə MÜRACİƏT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CNN, MS NOW və Politico Tramp administrasiyasına qarşı yeni iddia qaldırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

CNN, MS NOW və Politico Kolumbiya dairəsi üzrə federal məhkəməyə yeni müraciət edərək jurnalistlərinin Ağ Evə girişinin məhdudlaşdırılmasının qarşısının alınmasını istəyib.

Media qurumları məhkəmədən Ağ Evə girişlə bağlı tətbiq edilən qadağanın qüvvədə saxlanılmamasını və jurnalistlərin fəaliyyətlərini davam etdirməsinə imkan verilməsini tələb edirlər.

Bundan əvvəl federal hakim Timoti Kelli CNN, MS NOW və Politico əməkdaşlarının Ağ Evə girişinin müvəqqəti bərpa edilməsinə dair qərar çıxarıb.

Yeni müraciət həmin hüquqi mübahisə çərçivəsində təqdim olunub.

Xuraman Etibarlı

İnterpress.az