Rusiya-Belarus sərhədində beynəlxalq keçid məntəqəsi hücumdan sonra bağlanıb
İnterpress.az xəbər verir ki, bu barədə Belarus mediası məlumat yayıb.
Rusiya ilə Belarus sərhədində yerləşən “Krasnı Kamen” beynəlxalq avtomobil keçid məntəqəsinin fəaliyyəti gecə baş verən dron hücumundan sonra tam dayandırılıb. Hazırda məntəqədən nə minik, nə də yük avtomobillərinin keçməsinə icazə verilir.
Məlumata görə, hücumlar sentyabrın 26-da güclənib. Bryansk vilayəti ərazisində iki Belarus yük maşını dronların hücumu nəticəsində partlayıb, xəsarət alan olmayıb.
Keçid məntəqəsində hava təhlükəsi rejimi tətbiq edilib, avtomobillər Smolensk vilayəti istiqamətinə yönləndirilir.
Məntəqənin 2026-cı ilin yayında da bir neçə dəfə hücuma məruz qaldığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






