Londonun mərkəzində həbsdəki FƏTH lideri Barqutinin heykəli UCALDILDI – FOTObackend

Londonun mərkəzində həbsdəki FƏTH lideri Barqutinin heykəli UCALDILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Londonda FƏTH lideri Marvan Barqutinin həbs qandalları ilə təsvir olunduğu heykəl qoyulub.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.

Londonun Holborn rayonunda yerləşən Palestine House binasının damında FƏTH hərəkatının yüksək vəzifəli nümayəndəsi Marvan Barqutinin həyat ölçüsündə bürünc heykəli quraşdırılıb.

Heykəldə Barquti əlləri qandallı vəziyyətdə başının üzərinə qaldırılmış şəkildə təsvir olunub. Onun iki barmağı isə qələbəni simvolizə edən “V” işarəsini göstərir.

Qeyd edək ki, Marvan Barquti 2004-cü ildə beş israillinin ölümü və çoxsaylı şəxslərin yaralanması ilə nəticələnən hücumlara görə beş dəfə ömürlük həbs və əlavə 40 il həbs cəzasına məhkum edilib.

Xuraman Etibarlı

İnterpress.az