Baş transplantasiyası insanlara yüzillərlə yaşamaq imkanı verə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə elmi dairələrdə səsləndirilən fikirlərə istinadən məlumat yayılıb.
Çin Ənənəvi Çin Təbabəti Universitetinin xəstəxanasının ortopediya şöbəsinin direktoru, professor Syaopin Ren hesab edir ki, başın başqa bədənə köçürülməsi gələcəkdə insanların ömrünü yüz illərlə uzatmaq imkanını yarada bilər.
Alimin fikrincə, insanın başının daha gənc bədənə köçürülməsi nəzəri baxımdan uzunömürlülük üçün perspektivli istiqamət sayıla bilər.
O, heyvanlar üzərində aparılan təcrübələrin bu sahədə araşdırmaların davam etdirilməsinin vacibliyini göstərdiyini bildirib.
Bununla belə, insanlarda baş transplantasiyası hazırda təsdiqlənmiş və praktikada tətbiq olunan tibbi prosedur deyil.
Belə bir əməliyyatın mümkünlüyü və insanların ömrünü yüz illərlə uzada biləcəyi elmi cəhətdən sübut edilməyib.
Xuraman Etibarlı
İnterpress.az






