Rusiyada cümə namazı zamanı MİQRASİYA REYDİ: Onlarla şəxs SAXLANILDI – VİDEObackend

Rusiyada cümə namazı zamanı MİQRASİYA REYDİ: Onlarla şəxs SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda cümə namazı zamanı genişmiqyaslı miqrasiya reydi keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.

Rusiyanın Sankt-Peterburq şəhərində cümə namazı zamanı yüzlərlə hüquq-mühafizə əməkdaşının iştirakı ilə genişmiqyaslı miqrasiya reydinin keçirildiyi bildirilir.

Məlumata görə, Sennoy bazarı tamamilə bağlanıb, ərazi çevik polis qüvvələri və saxlanılan şəxslərin daşınması üçün nəzərdə tutulan xüsusi avtomobillərlə mühasirəyə alınıb. Onlarla şəxsin saxlanıldığı qeyd edilir.

Moskovski prospekti boyunca yoxlamaların aparıldığı, yaxınlıqdakı hostellərin və etnik mətbəx təqdim edən kafelərin də yoxlanıldığı bildirilir.

Məlumatda həmçinin hərbi komissarlıqların reydə qoşulduğu iddia olunur.

Bildirilir ki, Rusiya vətəndaşlığını yeni almış, lakin hərbi qeydiyyata düşməmiş şəxslər də yoxlanılır.

Xuraman Etibarlı

İnterpress.az