Rusiyada şahmat turnirindən sonra itkin düşən 12 yaşlı qız axtarılır.
İnterpress.az xəbər verir ki, bu barədə TASS-a məlumat yayıb.
Rusiyanın Yekaterinburq şəhərində oktyabrın 18-dən itkin düşən 12 yaşlı Aqlaya Pextaşeva axtarılır.
Könüllülərin məlumatına görə, qız ticarət mərkəzində keçirilən şahmat turnirində iştirak edib.
Gərgin oyun və emosional vəziyyətdən sonra anasının yanından qaçıb və o vaxtdan bəri onunla əlaqə saxlamaq mümkün olmayıb.
Qızın üzərində pul və üst geyimi olmayıb. İtkin düşdüyü zaman cins şalvar, futbolka, açıq mavi cins köynək və baletka tipli ayaqqabı geyindiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






