PHP-də aşkarlanan kritik boşluqlar minlərlə saytı təhlükə altına salıb
İnterpress.az xəbər verir ki, bu barədə internet resurslarında məlumat yayılıb.
İnternet saytlarının böyük hissəsinin işləməsini təmin edən PHP proqramlaşdırma dilində yüksək təhlükə səviyyəsinə malik iki kritik boşluq aşkarlanıb.
Bildirilir ki, bu zəifliklər “1C-Bitrix”, WordPress, Drupal, Magento və digər məzmun idarəetmə sistemlərindən istifadə edən saytları risk altında qoya bilər.
Məlumata görə, bəzi ölkələrdə və qurumlarda mümkün kiberhücumların qarşısını almaq məqsədilə internet resurslarının fəaliyyəti müvəqqəti dayandırılıb.
Norveçdə parlamentin saytının, Finlandiyada isə dövlət elektron xidmətlərinin işinin dayandırıldığı iddia olunur.
Təhlükəsizlik yeniləməsinin həmin gün yayımlanacağı bildirilsə də, onun PHP-nin 8.2–8.5 versiyalarını əhatə edəcəyi qeyd olunur.
Bu isə köhnə versiyalardan istifadə edən sistemlərin gələcək taleyi ilə bağlı suallar yaradır.
Xuraman Etibarlı
İnterpress.az






