İdman zalında TƏHLÜKƏLİ HADİSƏ: Güzgülər kişinin üzərinə AŞDI – VİDEObackend

İdman zalında TƏHLÜKƏLİ HADİSƏ: Güzgülər kişinin üzərinə AŞDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində idman zalında kişinin üzərinə iki dəfə güzgü düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan görüntülərdə məlumat verilib.

Çində idman zalında məşq edən kişinin üzərinə böyük güzgü düşərək sınıb. Zərbənin şokundan özünə gəlməyə çalışan kişinin üzərinə bir qədər sonra ikinci güzgü də düşüb.

Hadisə nəticəsində xəsarət alan kişiyə 50 tikiş qoyulub.

Xuraman Etibarlı

İnterpress.az