Hindistanda kişi yeni aldığı minivenlə avtosalonun içində qəza törədib.
İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.
Hindistanın Karnataka ştatında yeni miniven alan şəxs sevincini cilovlaya bilməyərək avtomobili birbaşa avtosalonun içində sürətlə idarə etməyə başlayıb.
Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil hasara və həmin vaxt yaxınlıqdan keçən, üzərində iki nəfər olan motosikletə çırpılıb.
Kütləvi informasiya vasitələrinin məlumatına görə, motosikletdə olan hər iki şəxs ağır xəsarət alıb.
Xuraman Etibarlı
İnterpress.az






