“Putin öldürülməkdən qorxur” – Çexiya Prezidentibackend

“Putin öldürülməkdən qorxur” – Çexiya Prezidenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya Prezidenti bildirib ki, Avropa ilə Rusiya arasında açıq müharibə başlaya bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel Almaniyanın “Bild” nəşrinə müsahibəsində bildirib.

Petr Pavel Avropa ilə Rusiya arasında qarşıdurmanın açıq hərbi münaqişəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

O, Avropa ölkələrini Moskva ilə danışıqlar üçün vahid mövqe formalaşdırmağa çağırıb.

Pavel Rusiyanın resurslarının tükəndiyini iddia edib və sentyabr ayında Rusiya ordusunun ölən və yaralananlarla birlikdə itkilərinin təxminən 50 min nəfər ola biləcəyini bildirib.

Rusiya Prezidenti Vladimir Putin barədə də danışan Pavel onun az adama etibar etdiyini və öldürülmək qorxusunun təsiri altında olduğunu iddia edib.

Çexiya liderinin sözlərinə görə, Putinin ətrafındakı məhdud sayda insan ona çatdırılan məlumatları süzgəcdən keçirə bilər.

“O, az adama etibar edir. Üstəlik, öldürülmək qorxusu onu bürüyüb”, – Çexiya prezidenti bildirib.

Xuraman Etibarlı

İnterpress.az