Norveç Putinlə görüş barədə məqalənin düzəldilməsini TƏLƏB ETDİbackend

Norveç Putinlə görüş barədə məqalənin düzəldilməsini TƏLƏB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç “Financial Times”dan Putinlə danışıqlar barədə məqaləni düzəltməyi tələb edib.

İnterpress.az xəbər verir ki, bu barədə Norveçin Baş naziri TV2 telekanalına açıqlamasında bildirib.

Norveç hökuməti “Financial Times” qəzetindən Rusiya Prezidenti Vladimir Putinlə Norveçin Baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubb arasında baş tutan söhbət barədə dərc etdiyi məqaləyə düzəliş etməyi istəyib.

Söhbət oktyabrın 27-də dərc olunan yazıdan gedir. Məqalədə iddia olunurdu ki, Putin Störe və Stubbla danışığının böyük hissəsini “orta əsrlər slavyan tarixi haqqında söhbətə” həsr edib.

Norveçin Baş naziri bildirib ki, Putin söhbət zamanı vəziyyətlə bağlı öz mövqeyini izah edib və bu kontekstdə 2014-cü ildən indiyədək baş verən hadisələrə toxunub.

Xuraman Etibarlı

İnterpress.az