Bağ evindəki 4,5 metrlik zəng qülləsi qonşunu CANA GƏTİRDİbackend

Bağ evindəki 4,5 metrlik zəng qülləsi qonşunu CANA GƏTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı kişi bağ evində zəng qülləsi tikdirib və altı ildir qonşusunu dəli edir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyada bir kişi bağ evinin həyətində 4,5 metr hündürlüyündə zəng qülləsi tikib.

Quraşdırdığı zəng avtomatik olaraq hər saat, səhər saat 08:00-dan axşam saat 20:00-dək çalır.

Bu vəziyyət artıq altı ildir ki, qonşu qadının narazılığına səbəb olur.

Qadın qonşusu ilə razılığa gələ bilmədikdən sonra məsələni məhkəməyə daşıyıb.

O, zəng qülləsinin sökülməsini tələb edir.

Xuraman Etibarlı

İnterpress.az