Berlin merliyinə namizəddən ETİRAF: HƏMAS-la əlaqəli şəxslərdən qorxduğunu AÇIQLADIbackend

Berlin merliyinə namizəddən ETİRAF: HƏMAS-la əlaqəli şəxslərdən qorxduğunu AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Berlin meriyasına namizəd ailəsinin təhlükəsizliyindən narahatdır. O, HƏMAS-la əlaqəli şəxslərdən qorxduğunu açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.

Almaniyanın “Sol” partiyasından Berlinin idarəedici meri vəzifəsinə namizəd Elif Eralp ailəsinin təhlükəsizliyindən narahat olduğunu və Fələstinin HƏMAS qruplaşması ilə əlaqəli olduğu ehtimal edilən şəxslərdən qorxduğunu bildirib.

Nəşrin məlumatına görə, bu barədə Eralpın müsahibə ilə bağlı daxili qeydləri jurnalistlərə səhvən göndərildikdən sonra məlum olub.

Siyasətçi qeydlərində həyat yoldaşının da həmin şəxslərdən qorxduğunu və ailəsini təhlükəyə atmaq istəmədiyini yazıb.

Məsələ jurnalistlərin İbrahim İbrahim haqqında sualları ilə bağlı yaranıb. “Der Spiegel”in yazdığına görə, o, HƏMAS liderlərindən biri olmuş Yəhya Sinvarı “qəhrəman-şəhid” adlandırıb.

İbrahim Berlinin Birləşmiş Fələstin Milli Komitəsində rəhbər vəzifə tutur. Berlin Konstitusiyanın Mühafizəsi üzrə İdarə bu təşkilatı ekstremist qurumlar sırasına aid edir.

İbrahim terrorizmə dəstək verdiyi iddialarını rədd edir. O, seçkilərdən sonra “Sol” partiyasının Berlin bölməsinin təşkil etdiyi tədbirdə iştirak edib və siyasətçilərlə foto çəkdirib.

Eralpın nümayəndəsi bildirib ki, siyasətçi artıq bir neçə aydır hər gün təhqir və təhdidlərlə üzləşir.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları Eralpa mütəşəkkil cinayətkarlıq və ya terrorizmlə əlaqəli olduğu ehtimal edilən konkret şəxslərin adlarını açıq şəkildə çəkməməyi tövsiyə edib.

Xuraman Etibarlı

İnterpress.az