İrəvanda torpaq uçqunu baş verib, iki nəfər xəsarət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
İrəvanın Haceqorçneri (Dabbağlar küçəsi – red.) küçəsində kanalizasiya xəttinin çəkilişi zamanı torpaq uçqunu baş verib.
Hadisə Duzlu gölün yaxınlığında aparılan qazıntı işləri zamanı qeydə alınıb.
İlkin məlumata görə, uçqun nəticəsində işçilər torpaq altında qalıb. Hadisə zamanı iki nəfərin xəsarət aldığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






