İnterpress.az xəbər verir ki, “sxodka”dan əvvəl və sonra kriminal qruplaşmalar arasında qarşıdurmanın ilk siqnalları eşidilməkdədir.
Belə ki, “sxodka”da iştirak etmək üçün İrəvana getmək istəyən Aleksey Qudın saxlanılıb. Saxta pasportla saxlanılan Lexa İrkutski ləqəbli “oğru” barədə məlumatın polisə əvvəlcədən ötürüldüyü barədə iddialar var. Məqsəd L.İrkutskinin “sxodka”da iştirakının qarşısını almaq olub. Rostov-Dondan Ermənistana getmək istəyən “oğru” özünü başqa adam kimi qələmə verib. Onun saxta pasportuna “oğru”ya bənzəyən şəxsin fotosu yapışdırılıb.
“Oğru”larla bağlı daha bir xəbər isə Komidən gəlib. Burda “qanuni oğru” Yuri Piquçun qardaşı Oleq Piquç güllələnib. Bəzi şəxslər ölən şəxsin “qanuni oğru” statusunun olduğunu bildirir. Lakin hüquq-mühafizə orqanları evində odlu silahdan aldığı yaradan ölü tapılan O.Piquçun statusunun olub-olmadığına aydınlıq gətirməyib.
Xatırladaq ki, İrəvan “sxodka”sında verilən qərarların klanlar arasında qarşıdumanı gücləndirəcəyi bildirilir. Hətta bəzi qərarların alınmasına mane olmaq üçün “sxodka”dan əvvəl xəbərdarlıq tədbirlərinin görüldüyü də ehtimal olunur.
Elnarə
İnterpress.az