Uşağın gözü önündə pişiyi 5-ci mərtəbədən atan şəxs məhkum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Tomsk vilayət prokurorluğu məlumat yayıb.
Rusiyanın Tomsk şəhərində azyaşlı uşağın gözü önündə pişik balasını xüsusi qəddarlıqla qətlə yetirən yerli sakin 3 il 6 ay müddətinə məcburi əmək cəzasına məhkum edilib.
Müəyyən edilib ki, sərxoş vəziyyətdə olan kişi müdafiəsiz heyvanı yerə çırpıb, ardınca isə birlikdə yaşadığı qadının 11 yaşlı oğlunun gözü qarşısında beşinci mərtəbənin pəncərəsindən aşağı atıb.
Ağır xəsarətlər alan pişik hadisə yerində tələf olub.
Məhkəmə heyvanlara qarşı amansız davranış maddəsi üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarıb.
Xuraman Etibarlı
İnterpress.az






