Məktəbi partlatmaq istəyən yeniyetmə SAXLANILDIbackend

Məktəbi partlatmaq istəyən yeniyetmə SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Severodonetskdə məktəbi partlatmağı planlaşdıran 17 yaşlı yeniyetmə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Severodonetsk şəhərində yerləşən təhsil müəssisələrindən birində terror aktı həyata keçirməyi planlaşdıran 17 yaşlı yeniyetmə saxlanılıb.

Məlumata görə, həmin şəxs hələ 2023-cü ildə “Telegram” vasitəsilə terror qruplaşmasına cəlb edilib və kuratorları ona tapşırıqları icra etməsi qarşılığında pul vəd ediblər.

Yeniyetmə bu il 9 May ərəfəsində verilən tapşırıq əsasında Qələbə bayrağını yandıraraq prosesi videoya çəksə də, vəd olunan vəsaiti ala bilməyib.

Daha sonra ona şagirdləri hədəfə alacaq terror aktı törətmək əmri verilib, partlayıcı hazırlamaq və konspirasiya təlimatları ötürülüb.

Təhlükəsizlik əməkdaşlarının vaxtında müdaxiləsi nəticəsində planlaşdırılan faciənin qarşısı alınıb və məhkəmənin qərarı ilə yeniyetmə barəsində həbs qətimkan tədbiri seçilib.

Xuraman Etibarlı

İnterpress.az