Ufada 16 yaşlı məktəbli 22-ci mərtəbədən atılaraq intihar edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Ufa şəhərində 16 yaşlı məktəbli çoxmərtəbəli binanın 22-ci mərtəbəsindən özünü ataraq həyatına son qoyub.
Yaxınlarının bildirdiyinə görə, heç kimlə dostluq etməyən yeniyetmə daim tənhalıq çəkib və son dərəcə qapalı xarakteri ilə seçilib.
Faciə yeniyetmə yerə düşdükdən dərhal sonra daha bir dəhşətli anla davam edib — yoldan keçən avtomobil onun üzərindən keçib.
Hadisədən şoka düşən sürücü dərhal təcili tibbi yardım xidmətinə məlumat versə də, ünvana gələn həkimlər azyaşlının öldüyünü müəyyən ediblər.
Faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı
İnterpress.az






